Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada bir qrup azərbaycanlı saxlanıldı

Rusiyada bir qrup azərbaycanlı saxlanıldı

Date: 8 December 2015 11:36

Rusiyanın Cənubi-Saxalin əyalətində bir qrup narkotik alverçiləri saxlanılıb.

ANS PRESS-in məlumatına görə, saxlanılan qrupun üzvləri Azərbaycan vətəndaşlarıdır. Onlar Cənubi-Saxalinə həşiş gətirmək və satışını təşkil etməkdə şübhəli bilinirlər.

Aparılmış operativ-axtarış tədbirləri nəticəsində Cənubi-Saxalində olan bir nəfər və onun şəriki saxlanılıb. Onların yaşadığı evdən 30 qram, bir qədər aralıda - meşə massivində gizli yerdə yerləşdirilmiş bağlamalarda 800 qram həşiş aşkar olunaraq, hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qrupun üzvləri barəsində cinayət işi açılıb. Onlardan ikisi artıq həbs olunub, digərlərinin axtarışı davam etdirilir. Saxalin hüquq-mühafizə orqanlarının məlumatına görə, onları 20 ilədək həbs gözləyir.


Cənubi-Saxalin, Rusiya.

Tags:  Rusiyada qrup azərbaycanlı saxlanıldı

RƏYLƏR


Top news