Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bank BTB" nizamnamə kapitalını 52 milyon manata çatdırmaq niyyətindədir

"Bank BTB" nizamnamə kapitalını 52 milyon manata çatdırmaq niyyətindədir

Date: 8 December 2015 11:38


Bakı, 8 dekabr, AZƏRTAC
“Bakı Ticarət Bankı” ("Bank BTB") ASC nizamnamə kapitalını 2 milyon manat həcmində artırmaq niyyətindədir. Hazırda bankın nizamnamə kapitalı 50 milyon manat təşkil edir. Yeni emissiya prosesinin yekununda nizamnamə kapitalı 52 milyon manat olacaq.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə "Bank BTB" 2 min ədəd adlı, sənədsiz, adi səhmlərin əlavə emissiyasına başlayıb. Bir səhmin nominal dəyəri 1000 manatdır. Emissiya prospekti Qiymətli Kağızlar Dövlət Komitəsi tərəfindən bu il noyabrın 30-da qeydiyyata alınıb. Səhmlərin satışı Bakı Fond Birjası tərəfindən kütləvi təklif üsulu ilə həyata keçirilir.

Tags:  Bank BTB nizamnamə kapitalını 52 milyon manata çatdırmaq niyyətindədir



RƏYLƏR


Top news