Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya Ermənistandakı hərbi bazasını vertolyotlarla gücləndirib

Rusiya Ermənistandakı hərbi bazasını vertolyotlarla gücləndirib

Tarix: 8 Dekabr 2015 11:42

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiya Ermənistanın Cənub Hərbi Dairəsinin (CHD) Erebunidəki hərbi bazasına yeddi ədəd müasir hücum vertolyotu Mi-24p və nəqliyyat vertolyotu Mi-8Mt göndərib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
İlin sonuna qədər helikopterlərin növbəti partiyası göndəriləcək.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanda yerləşən Rusiya CHD aviabazası 1995-ci ildə yaradılıb. 1998-ci ilin noyabrında Rusiya bazaya MiQ-29 çoxhədəfli qırıcılarını yerləşdirib. 2001-ci ilin iyulunda isə Erebunidə yerləşən hərbi hissələrdən aviasiya bazası yaradılıb. Bu baza Gümrüdə yerləşən 102-ci hərbi bazasının hava komponenti kimi fəaliyyət göstərir.

Teqlər:  Rusiya Ermənistandakı hərbi bazasını vertolyotlarla gücləndirib



RƏYLƏR


Top xəbərlər