Nikolay Baskov həyatının qərarını verdi

Nikolay Baskov həyatının qərarını verdi
11:52 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rusiya, Ukrayna və Moldovanın xalq artisti Nikolay Baskov şou-biznesi tərk edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ifaçı 40 yaşından sonra həyatını təmamilə dəyişmək istəyir.
 
"30 yaşdan sonra həyat sürətlə irəliləyir. Elə çox iş görmək istəyirəm.  Həm sənətlə məşğul olmaq, həm də  normal dincəlməyi arzu edirəm. Çoxları ağlasığmaz pullar qazandığımı düşünürlər. Mən kollektiv saxlayıram. Kostyumlarım, dekorasiyalar az pul aparmır. Günlük cədvəlim dolu olur. Çox şeyə vaxt tapmıram. Valideynlərimi, dostlarımı çox az görürəm. Onlarla oturub üz-üzə, göz-gözə söhbət etmək istəyirəm".
 
Nikolay qəbul etdiyi qərar haqqında da açıqlama verib. O, bundan sonra yalnız opera müğənnisi kimi fəaliyyət göstərəcək:
 
"Bilirəm, opera sənətində başgicəlləndirən qonorarlar olmayacaq. Amma sevdiyim işlə məşğul olacam. Mənim üçün xoşbəxtlik "Böyük teatr"ın səhnəsində çıxış etməkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR