Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda 14 maşına hücum oldu (FOTO)

Bakıda 14 maşına hücum oldu (FOTO)

Tarix: 8 Dekabr 2015 11:56

Bakıda gecə saatlarında 14 maşına hücum edilib.

ANS PRESS-in məlumatına görə, hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.

Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar. Lakin 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb.

Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb.





Şüşələri sındırılan avtomoblilər

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.



Teqlər:  Bakıda 14 maşına hücum oldu FOTO



RƏYLƏR


Top xəbərlər