İran Qərbə meydan oxuyur

İran Qərbə meydan oxuyur
11:56 8 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

İran Birləşmiş Millətlər Təşkilatının qətnaməsini pozaraq yeni ballistik raketlərin sınağını həyata keçirib.

ANS PRESS-in məlumatına görə amerikalı məmurların sözlərinə görə İran bu sınağı keçirməklə BMT-nin Təhlükəsizlik Şurasının 2 qətnaməsinin pozub.

Reuters -in 2 amerikalı məmura istinadən verdiyi məlumata əsasən yeni raketlərin sınağı noyabrın 21-də həyata keçirilib.

Onların sözlərinə görə raket İran ərazisini tərk etməyib. Bir müddət əvvəl isə məlumat yayılmışdı ki, raketlərin sınağı Çabaxare liman şəhərinin ətrafında baş tutub. Bu şəhər İranla Pakistan sərhəddinə yaxın ərazidə yerləşir.

Ballistik raketlərin sınağını İran tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin şərtlərinin pozulması deməkdir. Bu sənəd İranla Altılıq ölkələri arasında nüvə razılaşmasının qüvvəyə minəcəyi günə qədər gündəmdə qalacaq. Tehranla Altılıq ölkələri arasında əldə olunan nüvə razılşması sanksiyaların ləğvi müqabilində nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, oktyabr ayında ABŞ , Böyük Britaniya , Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasını raket sınağını həyata keçirdiyi və qəbul olunan qətanmənin şərtlərini pozduğuna görə İrana qarşı tədbirlər görməyə çağırıb. Həmin ölkələr BMT TŞ-nin sanksiya komitəsinə məktubla müraciət ediblər.

Bundan öncə İran Müdafiə naziri Huseyn Dehqan 11 oktyabrda "Emad" ballistik raketinin uğurlu sınağı barədə məlumat vermişdi.


İranın sınaqdan keçirdiyi ballistik raket


Bundan əvvəl də ABŞ İranı ballistik raketləri sınaqdan keçirməkdə ittiham edib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer deyib ki, onun ölkəsi bu sınaqdan çox narahatlıq hissi keçirir.

ABŞ prezidenti Barak Obama isə Tehranın sonuncu sınaqları ilə əlaqədar narahatlığını belə dilə gətirib:

“İranla əldə olunan nüvə proqramı razılaşması xüsusi bir razılaşmadır və bu razılaşma İranın nüvə silahına sahib olmayacağını təmin edir. Lakin bu, İranla aramızda ziddiyət təşkil edən çoxsaylı məsələlərin həlli demək deyil. Ona görə də biz beynəlxalq ictimaiyyət və ya ikitərəfli kanallar vasitəsi ilə İrana qarşı təzyiqləri davam etdirəcək və onlara bildirməyə çalışacağıq ki, onlar üçün pis davranışların ağır nəticəsi ola bilər.”


Barak Obama - ABŞ prezidenti

İranla "Altılıq" ölkələr arasında iyul ayında əldə olunan razılşamaya əsasən İran İslam Respublikası nüvə proqramı ilə fəaliyyətində geri çəkilib, bunun qarşılığında isə onlara beynəlxalq sanksiyaların ləğvi vəd edilib. İran parlamenti nüvə sazişi razılaşmasını cari ilin oktyabrın 13-də təsdiqləyib.


İyul ayında nüvə sazişi məsələsi ilə bağlı baş tutan görüş


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR