BMT Bakıda iclas keçirir - FOTO

BMT Bakıda iclas keçirir - FOTO
11:57 8 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

ƏƏSMN-də BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın 25 illiyinə həsr olunmuş büro iclası öz işinə başlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclas iştirakçıları əvvəlcə "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin 1990-cı il 18 dekabr tarixində qəbul etdiyi "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya"sına ötən dövrdə 60-dan çox ölkənin qoşulduğunu qeyd edib. Nazir Azərbaycanın 1998-ci ilin 11 dekabrında həmin sənədi qəbul etdiyini və regionda bu Konvensiyaya qoşulan ilk ölkələr sırasında olduğunu bildirib: "Dünya ölkələrinin inteqrasiyasının güclənməsi və qloballaşma prosesi ilə müşayiət olunan miqrasiya proseslərinin tənzimlənməsi müasir dövrün aktual problemlərindən birinə çevrilib. Hazırda dünyada hər 35 nəfərdən biri, yəni dünya əhalisinin 3%-ə yaxını beynəlxalq miqrantdır".

S.Müslümov bildirib ki, müasir dünyada baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusi ilə sosial-iqtisadi miqrasiyanın miqyasının genişlənməsində təsirli rol oynamaqdadır. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir: "Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda da miqrasiya prosesləri meydana gələrək genişlənməyə başlayıb. Həmin dövrdə respublikamızda mövcud olmuş siyasi və iqtisadi problemlər, xüsusilə də Ermənistanın ölkəmizə hərbi təcavüzü, bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunması və 1 milyondan çox vətəndaşımızın ölkədaxili qaçqına çevrilməsi səbəbindən Azərbaycandan xarici ölkələrə emiqrasiya böyük vüsət almışdı. Ermənistanın işğalı nəticəsində 300 mindən çox iş yerinin itirilməsi də əhalinin xaricə miqrasiyasına təkan verən başlıca amillərdən biri idi".

Nazir vurğulayıb ki, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar edilib. İqtisadiyyata xarici investisiyaların cəlb olunması, neft yataqlarının işlənməsi üzrə beynəlxalq layihələrin həyata keçirilməsi təmin olunub. Bunların nəticəsində respublikadan xarici ölkələrə gedənlərin sayı azalmaqla, əcnəbilərin ölkəmizə əmək miqrantları kimi gəlməsinə başlanılıb. Xüsusən 2003-cü ildən sonra Azərbaycan prezidenti cənab İlham Əliyevin sürətli sosial-iqtisadi inkişafa start verməsi bu prosesləri genişləndirib.

S.Müslümov miqrasiya proseslərinin genişləndiyi bir şəraitdə bu proseslərin dövlət tərəfindən tənzimlənməsinə xüsusi diqqət yetirildiyini, ilk növbədə qanunvericilik bazasının yaradılmasına başlanıldığını qeyd edib: "İstər əcnəbilərin Azərbaycan Respublikasına, istərsə də ölkə vətəndaşlarının xarici ölkələrə miqrasiyasını tənzimləyən zəruri normativ-hüquqi aktlar qəbul olunub. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi prosesi mütəmadi xarakter daşıyıb və 2013-cü ildə miqrasiya proseslərinin bütün aspektlərini əhatə edən Miqrasiya Məcəlləsi qəbul olunub".

Qanunvericiliyin təkmilləşdirilməsində ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin nəzərə alındığını bildirən S.Müslümov müxtəlif normativ-hüquqi aktların həmin konvensiyalara uyğunlaşdırıldığını diqqətə çatdırıb: "Miqrasiya sahəsində qanunvericiliyin və idarəetmənin təkmilləşdirilməsi miqrasiya proseslərinə nəzarətin gücləndirilməsində, bürokratik əngəllərin aradan qaldırılmasında, əməkçi miqrantların hüquqlarının daha səmərəli müdafiə edilməsində mühüm rol oynayıb".

Azərbaycanın miqrasiya proseslərinin tənzimlənməsinə xüsusi önəm verdiyini qeyd edən nazir bildirib ki, tənzimlənməyən miqrasiya prosesləri ölkələr üçün sosial-iqtisadi sahədə bir sıra ciddi problemlərə səbəb olur: "Ən əsası isə bu proseslərin idarə olunmaması miqrantların həyat və sağlamlığı üçün böyük risklər yaradır, onların hüquqlarının qorunmasını çətinləşdirir. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı miqrantların, o cümlədən də əməkçi miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəlib".

S.Müslümov hazırda ölkəmizdə əmək miqrasiyası proseslərinin sürətlə genişləndiyini və Azərbaycanın təyinat ölkəsinə çevrildiyini vurğulayıb: "Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, vətəndaş cəmiyyətinin bərqərar olması, ölkə iqtisadiyyatının sürətli inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir. İnkişaf templərinə görə ölkəmiz bu gün dünya dövlətləri arasında ön sıralardadır".

Ölkəmizdə əldə olunan mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıran nazir bütün bunların ölkəmizi xarici işçi qüvvəsi üçün də cəlbedici ölkəyə çevirdiyini bildirib: "2014-cü ildə ölkədə iş icazəsi əsasında işləyən əcnəbilərin sayı 12000 nəfər olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 6,6 dəfə çoxdur". S.Müslümov həmçinin Azərbaycanda multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin mövcud olmasının miqrantların ölkəmizə axınını stimullaşdıran amillərdən biri olduğunu vurğulayıb: "Təsadüfi deyil ki, ölkəmizdə miqrantların sayının ilbəil artmasına baxmayaraq onlara qarşı etnik, dini, mədəni və digər mənsubiyyətə görə təzyiq, təqib və ya dözümsüzlük faktı olmayıb".

Nazir qeyd edib ki, miqrantların hüquqlarının səmərəli müdafiəsi qanunvericiliyin təkmilləşdirilməsi işlərinin əsas istiqamətlərindən biridir: "Milli qanunvericilikdə əməkçi miqrantların Azərbaycan Respublikası vətəndaşları ilə eyni sosial və əmək hüquqlarına malik olmasının təsbit edilməsi, onların ailə üzvləri ilə birləşmələrinə hər hansı formada məhdudiyyətin qoyulmaması, onlar üçün təhsil imkanlarının yaradılması, Azərbaycan vətəndaşları ilə nigahda olan əcnəbilərin icazə tələb olunmadan vətəndaşlarla eyni əsaslarda işə qəbulu və s. buna misal ola bilər. Qanunvericiliyə əsasən, əməkçi miqrantlara qarşı hər-hansı formada ayrıseçkiliyə yol verilməsi birmənalı şəkildə qadağandır və onların sosial və mədəni hüquqları tanınır. Müvafiq dövlət orqanları tərəfindən bu sahədəki qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət həyata keçirilir, həmçinin qeyri-qanuni miqrasiya, məcbiri əməyə cəlb edilmə kimi arzuolunmaz halların qarşısının alınması üzrə zəruri tədbirlər görülür".

S.Müslümov bildirib ki, ölkəmiz "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya"ya qoşulduqdan sonrakı dövrdə miqrasiya proseslərinin idarə olunması sahəsində ardıcıl islahatlar həyata keçirilib və uğurlu nəticələr əldə edilib: "Azərbaycan Konvensiya üzrə götürdüyü öhdəliklərin icrasına xüsusi önəm verir. Azərbaycanın Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 2009-cu ildə ilkin, 2013-cü ildə ikinci dövrü hesabatı BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsində müzakirə edilib və bu hesabatlar müsbət qiymətləndirilib.

Nazir Komitə tərəfindən verilən tövsiyələrin miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərdə və aparılan islahatlarda nəzərə alındığını bildirib: "Təqdirəlayiq haldır ki, Komitənin müvafiq hesabatlarında Azərbaycan Respublikasının ərzisinin 20%-nin Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycanın Konvensiyanın müddəalarını bütün ölkə ərazisində tətbiq etmək imkanının olmaması öz əksini tapıb və BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icrası zəruri hesab edilib".

Miqrasiyanın müasir dünyada baş verən sosial-iqtisadi, həmçinin siyasi proseslərin ayrılmaz hissəsinə çevrildiyini qeyd edən S.Müslümov əlavə edib ki, miqrasiya dinamik prosesdir və öz forma və xüsusiyyətlərinə, istiqamətlərinə görə daim dəyişir. Bununla da yeni çağırışlar və problemlər yaradır ki, onların da həlli yalnız birgə fəaliyyət, əməkdaşlıq nəticəsində mümkündür. "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya" belə əməkdaşlıq üçün zəruri müstəvi yaradır. "Ümidvaram ki, növbəti illərdə bu Konvensiyaya qöşulan ölkələrin, xüsusilə də təyinat ölkələrinin sayı artacaq və miqrantların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanları daha da genişlənəcəkdir".

S.Müslümov vurğulayıb ki, Azərbaycan əməkçi miqrantların hüquqlarının müdafiəsi, miqrasiya problemlərinin həlli istiqamətində beynəlxalq təşkilatlarla, maraqlı dövlətlərlə, həmçinin vətəndaş cəmiyyətləri ilə hərtərəfli əməkdaşlıq edir və bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır: "Əminəm ki, birgə fəaliyyətimizlə həm ölkələrin iqtisadi inkişafı, həm də vətəndaşların və miqrantların rifahının yüksəldilməsi üçün miqrasiya proseslərindən səmərəli istifadə olunmasını təmin edəcək uğurlu nəticələrə nail olacağıq".

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması sahəsində görülən işlərdən bəhs edib. O, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə yanaşı, iş icazəsi almış miqrantların əmək fəaliyyəti üçün əlverişli şərait yaradılmasının diqqətdə saxlanıldığını qeyd edib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə müasir çağırışlara çevik reaksiya verən və beynəlxalq standartlara uyğun qurulan sığorta-pensiya sisteminin əməkçi miqrantların da etibarlı sosial müdafiəsini təmin etdiyini bildirib. Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olub gəlir əldə edən xarici vətəndaşlar da məcburi dövlət sosial sığorta haqlarının ödəyicisidirlər. 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinin həyata keçirildiyini vurğulayan Fond sədri fərdi uçot sistemində qeydiyyata alınan əməkçi miqrantların sayının ilbəil artdığını, beləliklə də onların gələcəkdə sosial təminat və pensiya hüququna malik olmalarına şərait yarandığını bildirib.
Mili Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əməkçi miqrantlarla bağlı milli qanunvericiliyin müvafiq beynəlxalq Konvensiyaların prinsipləri ilə uyğunluq təşkil etdiyini, həmin insanların əmək və sosial hüquqlarının müdafiəsinə daim xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.

BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin sədri Fransisko Karron miqrasiya proseslərinin tənzimlənməsi, əməkçi miqrantların bütün hüquqlarına, o cümlədən əmək və sosial müdafiə hüquqlarına hörmətlə yanaşılması, onların intellektual və əmək potensialından səmərəli istifadə edilməsi sahəsində ölkəmizin təcrübəsini yüksək dəyərləndirib. F.Karron ölkəmizdə bu sahədə müsbət təcrübənin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ölkəmizdə qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrantlar üçün yaradılan şəraitin müvafiq beynəlxalq konvensiyalara cavab verdiyini qeyd edib.

İclas "Miqrasiya proseslərinin idarə edilməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər" mövzusunda təqdimatla və əməkçi miqrantların, onların ailə üzvlərinin hüquqlarının qorunması məsələlərinin müzakirəsi ilə davam edib.

Milli.Az











RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sumqayıt bulvarında yeni yasaq - VİDEO

24 İyun 2017 21:17

Mingəçevirdə uşaq ağcaqanad dərmanı içib zəhərləndi - VİDEO

24 İyun 2017 21:17

Fitrə zəkatının miqdarı nə qədərdir?

24 İyun 2017 21:17

Bayramın "qara"sı necə olur? - VİDEO

24 İyun 2017 21:12

Namazda qəlb hüzuru əldə etməyin yolları

24 İyun 2017 21:12

Kredit borcu olanlar fitrə verə bilər? - VİDEO

24 İyun 2017 21:12

Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır - VİDEO

24 İyun 2017 21:12

Rusiya Meksikaya uduzaraq Konfederasiyalar Kubokunda mübarizəni dayandırıb

24 İyun 2017 21:07

Bakıda dayanacaqların şüşələrini kim sındırır? - VİDEO

24 İyun 2017 21:05

Azərbaycanda çay daşdı, insanlar yolda qaldı - VİDEO

24 İyun 2017 21:05

Kəsirlər, qızardırlar yeyirlər -

24 İyun 2017 21:05

Müəllimənin seks əyləncəsi

24 İyun 2017 21:03

Hemilton Azərbaycan Qran Prisinin təsnifat mərhələsində çıxışını müsbət qiymətləndirib

24 İyun 2017 21:01

Saxlanılan oğru: "Ev sahibindən üzr istəyirəm" - VİDEO

24 İyun 2017 20:57

Çimərlik mövsümü onların işinə yaradı - VİDEO

24 İyun 2017 20:57

İmişli-Beyləqan yolunda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı - VİDEO

24 İyun 2017 20:57

Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika yığmaları yarımfinala yüksəlib

24 İyun 2017 20:57

Bizə demokratiya dərsi keçənlərin yüz illərdir dəyişməyən siyasəti

24 İyun 2017 20:57

1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün - FOTO

24 İyun 2017 20:52

Rəhbəri Quran olanın zavalı olmaz

24 İyun 2017 20:52

"Mercedes" aşdı, yaralı var

24 İyun 2017 20:49

Qarğıdalı necə qaynadılır?

24 İyun 2017 20:47

Ermənistan NATO naminə Rusiyaya xəyanətə hazırlaşır

24 İyun 2017 20:42

İsti havada hansı qidaları qəbul etmək olmaz? -

24 İyun 2017 20:36

Mingəçevirdə təbii fəlakət: evlər su altında qaldı

24 İyun 2017 20:34

Sevgilisi ilə Las-Veqasa getdi - FOTO

24 İyun 2017 20:32

Qum prosedurları sağaldır və arıqladır

24 İyun 2017 20:22

Sabirabadda AĞIR QƏZA: 5 nəfər...

24 İyun 2017 20:18

20 yaşlı azərbaycanlı “qadın”ın faciəsi - FOTO

24 İyun 2017 20:17

İnsan namaz qılıb bitirəndən sonra...

24 İyun 2017 20:17

Xeyir işi etmək istədikdə, niyə tələsməliyik?

24 İyun 2017 20:12

İsraildən Azərbaycana yeni silahların gətirilməsi gözlənilir

24 İyun 2017 20:12

Prezident İlham Əliyev Xorvatiya və Sloveniya dövlət başçılarına -

24 İyun 2017 20:09

Palmer Azərbaycan Qran-Prisində iştirak edəcək

24 İyun 2017 20:08

Çılpaq fotolarını yaydı: "Ərə getməyə hazırlaşıram" - FOTO

24 İyun 2017 20:05

Azərbaycanda ağır qəza: 5 yaralı - FOTO

24 İyun 2017 20:05

İrəvan üçün MƏHVEDİCİ YAY, böyük çöküşün TARİXİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

24 İyun 2017 20:03

Dünyanın ən böyüyü ayrılır

24 İyun 2017 19:57

Bu banklar bayramda da işləyəcəklər – SİYAHI - FOTO

24 İyun 2017 19:57

Brejnev milliyətcə kim olub?

24 İyun 2017 19:57

Boksçu Kamran Şahsuvarlı Avropa çempionatını gümüş medalla bitirib

24 İyun 2017 19:57

Azərbaycanda 66,4 min cüt ayaqqabı istehsal edilib

24 İyun 2017 19:53

İnsanların üz tutacağı Marsın yeni sirləri

24 İyun 2017 19:52

Ən bahalı əmlak bu ölkələrdə satılır

24 İyun 2017 19:52

Bakıda 415 manata görə sevgilisini öldürdü

24 İyun 2017 19:47

Ramazan ayı hansı gün sona çatır?

24 İyun 2017 19:47

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 19:42

Rusiya Ermənistandakı hərbi bazasını niyə gücləndirir?

24 İyun 2017 19:42

"Məni döyürdü, uşağımı itirəcəkdim" - Tatlısəslə bağlı 38 il sonra gələn etiraf - FOTO

24 İyun 2017 19:42

Qəzəbli fil nəqliyyat vasitələrinə hücum etdi -

24 İyun 2017 19:39