“Bölgələrdən paytaxta” - FOTO

“Bölgələrdən paytaxta” - FOTO
11:57 8 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, artıq bir ilə yaxındır ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının paytaxtda nümayiş etdirilməsi məqsədilə "Bölgələrdən paytaxta" adlı mədəni tədbirlər həyata keçirilir. 

Sözügedən layihə çərçivəsində bir neçə şəhər və rayona, eləcə də Zaqatala rayonuna həsr olunmuş mədəni tədbirlər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub. Yaxın günlərdə layihə çərçivəsində sayca doqquzuncu olan Zaqatala rayonuna həsr olunmuş tədbirlə əlaqədar teatrımıza təşəkkür məktubu ünvanlanıb. 

Zaqatala Rayon  Mədəniyyət və Turizm şöbəsindən daxil olan məktuba əsasən, teatrın rəhbərliyinə, şəxsən teatrın direktoru Mübariz Həmidova, eləcə də tədbirin yüksək səviyyədə həyata keçirilməsində əməyi keçən teatrın bütün əməkdaşlarına rayonun mədəniyyət işçiləri adından təşəkkür edilib.

Qeyd edək ki, Zaqatala rayonuna həsr olunmuş tədbirdə teatrın foyesində Zaqatalada istehsal olunan məhsullar, həmçinin xalça və əl işləri, ağac üzərində oyma işləri, yerli rəssamların əsərləri, eyni zamanda, rayonun sosial-iqtisadi inkişafını, turizm imkanlarını, zəngin mədəniyyətini, mətbəxini əks etdirən sərgi və Zaqatalada fəaliyyət göstərən bədii kollektivlərin iştirakı ilə maraqlı bədii proqram nümayiş etdirilib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/388526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR