Tbilisidə 7 nəfər A\H1N1\ virusuna yoluxub

Tbilisidə 7 nəfər A\H1N1\ virusuna yoluxub
11:58 8 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 8 dekabr, AZƏRTAC
Son bir həftə ərzində Tbilisidə 7 nəfərin donuz qripi kimi tanınan A\H1N1\ virusuna yoluxduğu qeydə alınıb.
Bir nəfərin - 3 yaşlı qızın isə bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Gürcüstanın Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze mətbuata bildirib ki, həmin insanlardan götürülmüş analizlər laboratoriyada yoxlanılıb və onların xalq arasında “donuz qripi” kimi tanınan virusa yoluxmaları təsdiq olunub. Amma o, üç yaşlı qızın bu xəstəlikdən ölmədiyini bildirib.
Onun sözlərinə görə, hələlik regionlarda A\H1N1\ virusuna yoluxma halları qeydə alınmayıb.
Həkim bildirib ki, bu xəstəlikdən ölüm riski ən çox hamilə qadınlar, iki yaşadək uşaqlar və astma xəstəliyi olan insanlar arasında böyükdür. Bu xəstəliyin inkişafı uşaqlarda əsəb sisteminin pozulmasına da səbəb olur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_7_nefer_A_H1N1__virusuna_yoluxub-909224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR