Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səlim Müslümov: "Ermənistanın təcavüzü ölkədə miqrasiyanın inkişafının əsas səbəblərindən oldu"

Səlim Müslümov: "Ermənistanın təcavüzü ölkədə miqrasiyanın inkişafının əsas səbəblərindən oldu"

Prezident İlham Əliyev naziri milli məclisdən çağırdı (10 Mart 2017 14:29)
Səlim Müslümov Milli Məclisin iclasını yarımçıq tərk etdi - Prezident yanına çağırdı (10 Mart 2017 14:03)
Səlim Müslümov: “Bu ilin iki ayı ərzində Azərbaycanda 40 min yeni iş yeri açılıb” (27 Fevral 2017 10:52)

Tarix: 8 Dekabr 2015 12:05

Miqrasiya proseslərinin tənzimlənməsi müasir dövrün ən aktual problemlərindən birinə çevrilib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Bakıda BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi miqrantlarla bağlı "Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda dünyada 35 nəfərdən biri (dünya əhalisinin 3 faizi) beynəlxalq miqrantdır.

S. Müslümov xatırladıb ki, 90-cı illərdə Azərbaycanda da miqrasiya inkişaf etməyə başlayıb: "Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkə əhalisinin 300 mindən çox iş yerini itirməsinə gətirıb çıxardı. Bu, Azərbaycanda miqrasiyanın inkişafının əsas səbəblərindən biri oldu".

Milli.Az


Teqlər:  Səlim Müslümov Ermənistanın təcavüzü ölkədə miqrasiyanın inkişafının əsas səbəblərindən oldu



RƏYLƏR


Top xəbərlər