Böyükşor gölünün neft tullantılarından təmizlənməsi üzrə podratçı seçilir

Böyükşor gölünün neft tullantılarından təmizlənməsi üzrə podratçı seçilir
12:07 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ "Təmiz Şəhər" ASC Böyükşor gölünün sol sahilində və sol bəndinin arxa hissəsində ərazinin (130 ha) neftdən çirklənməsindən təmizlənməsi işinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, ilkin layihələndirilmə, texniki-iqtisadi əsaslandırma üçün podratçı seçimi üzrə tender elan edib.
Cəmiyyətdən "Report"a verilən məlumata görə, tenderdə iştirak haqqı 200 manatdır.
Tenderdə iştirak etmək istəyənlər, təklifin dəyərinin 1%-i həcmində bank zəmanəti ilə təmin olunmuş təkliflərini 2016-cı il yanvarın 22-dək təqdim etməlidirlər.
Tender prosedurası yanvarın 22-də baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/boyuksor-golunun-neft-tullantilarindan-temizlenmesi-uzre-podratci-secilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR