İŞİD-in istifadə etdiyi silahlar bu ölkələrə məxsusdur

İŞİD-in istifadə etdiyi silahlar bu ölkələrə məxsusdur
12:16 8 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının 24 səhifəlik sənədi deşifrə edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti xəbər yayıb. Sənədlərdə terrorçuların Suriya və İraq ərazilərinə nəzarət prinsipləri təsvir edilib.

Britaniya nəşri iddia edir ki, İraqda terrorçuların irəliləməsinə əsas maneə olan amillərdən biri ABŞ və onun müttəfiqlərinin endirdiyi hava zərbələridir. İŞİD-in Suriyada Bəşər Əsəd rejiminin zəiflərdiməsində böyük rol oynadığı bildirilir. Terrorçuların əsas maliyyə mənbələri isə neft, qaz və qızıl satışı ilə həyata keçirilir.

Bundan əvvəldə İŞİD terror təşkilatının Suriya və İraq ərazisində birdən –birə güclənməsinin səbəbi kimi neft və qaz satışından əldə etdiyi gəlirlər göstərilirdi. Terror təşkilatının büdcəsinin 2 milyard dollardan çox olduğu bildirilir.

ABŞ prezidenti Barak Obama isə ötən gün xalqa müraciətində dünyada terrorizmlə mübarizə üçün 4 əsas istiqaməti açıqlayıb.

O, bildirib ki, ilk növbədə gələcəkdə də Suriya və İraq ərazisində İŞİD liderlərinə və döyüşçülərinə aviazərbələrin endirilməsinin davam etdirilməlidir. İkinci addım İraq və Suriyanın silahlı qüvvələrinin terroristlərlə mübarizədə ABŞ tərəfindən dəstəklənməsini nəzərdə tutur.


Barak Obama - ABŞ prezidenti


Fransa və digər müttəfiqləri ilə birlikdə ABŞ İŞİD-lə birgə mübarizə sahəsində əməkdaşlığı davam etdirəcək. Suriyada böhranın siyasi həlli bütün ölkələrə terrorist qruplarla mübarizədə birləşməyə kömək edəcək. Bu 4-cü addımdır.

"Bu Suriya xalqına , eyni zamanda bizim müttəfiqlər də daxil olmaqla istənilən ölkəyə , həmçinin Rusiya kimi ölkələrə bir məqsəd üçün - İŞİD-in məhv edilməsi istiqamətində birləşməyə imkan verəcək."-deyə Obama qeyd edib.

Bir müddət əvvəl isə ABŞ prezidenti Barak Obamanın xalqa müraciətində amerikalılar üçün terror təhlükəsinin olmadığını qeyd edəcəyi gözlənilirdi.


İŞİD terrorçularına məxsus hərbi texnika


Hazırda İŞİD terror təşkilatının nəzarət etdiyi əraziləri 63 ölkənin daxil olduğu koalisiya qüvvələri bombalayır. Rusiya bu koalisiyaya daxil olmasada Suriya ərazisində terrorçuların mövqelərinə ən çox zərbə endirən dövlətlərdəndir. Dünyanın əksər dövləti İŞİD-ə qarşı mübarizə aparsalarda hələlik elə nəzərçarpan nəticələr əldə olunmayıb.

“Amnesty International” hüquq müdafiə təşkilatı isə İŞİD –lə bağlı son məruzəsində onun hərbi arsenalı ilə bağlı faktlar açıqlayıb. Məlumata görə, döyüşçülər əsasən son 10 il ərzində İraq ərazisinə qeyri – leqal yollarla gətirilən silahlardan istifadə edirlər.


İŞİD silahlıları


İŞİD terrorçuları 25 ölkənin istehsalı olan silahlarda döyüşür.O ölkələr arasında Çin, Rusiya, ABŞ və Avropa dövlətlərinin adları var.

Hüquq müdafiə təşkilatı bu məruzəni sosial şəbəkələrdə paylaşılan videoçarxlar və şəkillər əsasında hazırlayıb. Terrorçular 1970 – 2000 –ci ilər arasında istehsal olunan silahlarla döyüşürlər.

İŞİD terror təşkilatı 2003 –cü ildə İraq müharibəsindən sonra ortaya çıxıb. Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terror təşkilatıdır. İŞİD 29 iyun 2014-cü ildə yeni “xilafət” yarandığını elan etmişdi. Terror təşkilatının rəhbəri Əbu Bəkr Əl - Bağdadıdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR