“Ən yaxşı müəllim” müsabiqəsi davam edir

“Ən yaxşı müəllim” müsabiqəsi davam edir
12:18 8 Dekabr 2015
101 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
“Ən yaxşı müəllim” müsabiqəsi davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildə keçirilən müsabiqədə iştirak üçün altı yüz müəllim Təşkilat Komitəsinə müraciət edib. Bu qurumda nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunurlar.
Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib və nəticədə 143 müəllim növbəti mərhələyə buraxılıb.
“Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçiblər. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib.
Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir.
Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Eyni proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş beş ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə olunacaq və beləliklə, 2015-ci ildə respublika üzrə növbəti 100 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/An_yaxsi_muellim_musabiqesi_davam_edir-909233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR