Bakı, 8 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsini yad etmək üçün yürüş keçiriblər.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, Sahil bağından başlayan yürüşün iştirakçıları Dənizkənarı Milli Parka gələrək həlak olan neftçilərin xatirəsini ehtiramla yad edib, dənizin sahilinə gül dəstələri qoyub, ölənlərin ruhuna dualar oxuyublar.
Sonra gənclər #PRAYFORAZERBAIJAN” həştəqi üçün fləşmob keçiriblər.