KİV: Türk hakerlər Ermənistan strukturlarının saytlarını dağıdıb

KİV: Türk hakerlər Ermənistan strukturlarının saytlarını dağıdıb
12:22 8 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ "Skorsky" türk hakerlər qrupu Ermənistan strukturlarının saytlarını dağıdıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hücuma məruz qalan saytlar arasında BMT-nin Ermənistandakı ofisinin və Təhsil Nazirliyinin saytları da olub.
Hakerlər saytların əsas səhifəsində Azərbaycan və Türkiyənin qardaş olduğu və hər zaman birlikdə olacağı ilə bağlı qeyd yerləşdirib.
Eyni zamanda hakerlər sındırdıqları səhifələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Osmanlı İmperiyasının sultanı Fatih Sultan Mehmetin şəkillərini yerləşdiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ki-v-turk-hakerler-ermenistan-strukturlarinin-saytlarini-dagidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR