Rusiya Mixail Xodorkovskini federal axtarışa verib

Rusiya Mixail Xodorkovskini federal axtarışa verib
12:27 8 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya hüquq-mühafizə orqanları YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskini federal axtarışa verib.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, M. Xodorkovski Nefteyuqansk şəhərinin  meri Vladimir Petuxovun ölümündə təqsirli bilinir. Rusiya İstintaq Komitəsinin növbəti mərhələdə addımı M. Xodorkovski barəsində beynəlxalq axtarış elan etmək ola bilər.
 
Keçmiş YUKOS rəhbərinin mətbuat katibi Kyulle Pispanen bildirib ki, Mixail Xodorkovskinin ünvanı istintaqçılara məlumdur: "Bu ünvan "Açıq Rusiya" saytında da yerləşdirilib".
 
Xatırladaq ki, bu ilin avqustunda M. Xodorkovskinin atası 1998-ci ildə qətlə yetirilmiş V. Petuxovun ölümü ilə bağlı cinayət işinin yenidən açılması səbəbi ilə iki saat sorğuya çəkilib. O zaman istintaq qrupu bu və digər ağır cinayətlərin sifarişçisinin YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskinin ola biləcəyi barədə bəyanat verib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR