Bakıda elektron xidmət vasitəsilə 7 mindən artıq telefon çəkilişi xidməti sifariş verilib

12:27 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan xəbərə görə, vətəndaşlar “e-Hökumət” portalında onlayn müraciət formasını doldurmaqla və onlayn ödəniş etməklə, bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni ekrandan seçə bilərlər. Sifariş qəbul olunduqdan sonra 2-3 gün ərzində mənzilə telefon çəkilir.
Telefon çəkilişi tarifi 30 manatdır. Nömrə seçildiyi təqdirdə əlavə haqq ödəmək lazım gəlir.
Xatırladaq ki, “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində dekabrın 20-dək mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi ödənişsiz sənədləşdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakida-elektron-xidmet-vasitesile-7-minden-artiq-telefon-cekilisi-xidmeti-sifaris-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR