Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Ağdaşda vətəndaşları qəbul edəcək (13 Mart 2017 15:24)
Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək (27 Fevral 2017 11:12)
Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edəcək (20 Fevral 2017 15:12)

Tarix: 8 Dekabr 2015 12:28


Bakı, 8 dekabr, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov dekabrın 14-də saat 11.00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 8, 9, 10 və 11-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Teqlər:  Təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək



RƏYLƏR


Top xəbərlər