Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur aktrisa ölümcül xəstəliyə tutulub (FOTO)

Məşhur aktrisa ölümcül xəstəliyə tutulub (FOTO)

Date: 8 December 2015 12:36

Türkiyədə gözəllik yarışmasında qalib gələn Ebru Şam xərçəng xəstəliyindən əziyyət çəkir.

ANS PRESS-in məlumatına görə, model Ebru Şam bir müddət əvvəl özünü narahat hiss edərək həkimə baş vurub.

Həkimlərin müayinələrindən sonra Ebru Şama döş xərçəngi diaqnozu qoyulub. Şam, müalicə almaq üçün Almaniyaya ailəsinin yanına gedib. Hazırda onun müalicəsi davam etdirilir.

25 yaşlı Ebru Şam 2009-cu ildə bütün rəqiblərini geridə qoyuraq "Miss Turkey" yarışmasında qalib gəlib. Daha sonra o, bir sıra məşhur filmlərdə çəkilib.

Əvvəl "Adanallı" sonra "Doktorlar" serialında çəkilərək özünü aktrisa kimi də sübut edib.


Ebru Şam - 2009-cu il

Ümumiyyətlə ,bir çox məşhurlar xərçəng xəstəliyindən əziyyət çəkirlər. Lakin xərçəngə qalib gələnlər də olub.

Dünya şöhrətli ulduz Ancelina Coli iki dəfə döş xərçəngi əleyhinə mastektomiya (döşün kəsilməsi əməliyyatı) aldığını açıqlayaraq hamını şoka salıb.


Ancelina Coli - aktrisa

“Briolin” filminin unudulmaz aktrisası Olivia Nyuton Con 1991-ci ildə yoluxduğu döş xərçənginə qalib gəlib. 61 yaşlı aktrisa hazırda onun adını daşıyan xərçəng mərkəzi üçün ianə toplayır.


Olivia Nyuton Con - aktrisa

Tags:  Məşhur aktrisa ölümcül xəstəliyə tutulub FOTO

RƏYLƏR


Top news