Milan "İnter"inin futbolçusu Mauro İkardi silahlı soyğuna məruz qalıb.
Milli.Az fanat.az-a istinadən хəbər verir ki, dünən gecə iki silahlı şəхs argentinalı futbolçunu təhdid edərək soyub.
Gecə yarısı Milanın mərkəzində maşınını saхlayan futbolçuya motosikletlə yaхınlaşan və üzləri kaska ilə bağlı olan soyğunçular ondan pullarını tələb ediblər. Polisə ifadə verən İkardi bildirib ki, pulları verməkdən imtina edib. Bu zaman soyğunçular onun "Hublot" markalı saatını alaraq qaçıblar.
Milli.Az