MTN-in həbsdə olan generalı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham olunur

MTN-in həbsdə olan generalı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham olunur
12:37 8 Dekabr 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda 2 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamına hökm oxunub (26 Aprel 2017 16:37)
Qızına cehiz almaq üçün dələduzluq edən qadına AĞIR CƏZA (26 Aprel 2017 16:17)
Bakıda qızına cehiz alarkən dələduzluq edən qadın 9 il müddətinə azadlıqdan məhrum edilib (26 Aprel 2017 15:17)

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamlar məlum olub.
“Report”un əldə etdiyi məlumatına görə, rəsmi ittihama əsasən S.Qurbanov MTN-in TİCQMBİ-nə rəis təyin edildikdən sonra cinayətkar dəstə yaradıb.
Onun rəhbərlik etdiyi dəstə vəzifəli şəxsləri, iş adamlarını, müxtəlif peşə sahiblərini adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə ilə hədələyib, onlara qarşı zor tətbiq edib. İttihama əsasən, S.Qurbanovun rəhbərlik etdiyi dəstənin əsas fəaliyyət istiqaməti bundan ibarət olub.  
Bütün bunlara görə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən general-mayor S.Qurbanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 9 maddəsi ilə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, bu Məcəllənin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur.
Qeyd edək ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
Həmin gün S.Qurbanov barəsində Səbail Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 3-də isə onun vəkili Valeriy Vəliyev tərəfindən apellyasiya şikayəti verilib. Məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, S.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dünyanın ən uzun göydələni tikiləcək - FOTO

30 Aprel 2017 07:32

Bu ölkədə fövqəladə vəziyyət müddəti uzadıldı

30 Aprel 2017 07:28

Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

30 Aprel 2017 07:17

Çində ağır yol qəzası: 12 ölü, 10 yaralı

30 Aprel 2017 07:15

Şou-biznesin plastik əməliyyat etdirən məşhurları

30 Aprel 2017 06:57

Tramp iqlim razılaşmasını tənqid etdi

30 Aprel 2017 06:54

Tayvanda 6 bal gücündə zəlzələ olub

30 Aprel 2017 06:52

Zərdabda qoyun oğruları saxlanıldı

30 Aprel 2017 06:33

Ağ interyerli mənzil - FOTO

30 Aprel 2017 06:32

Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

30 Aprel 2017 06:22

10 000 məmur saxta diploma görə işdən qovuldu

30 Aprel 2017 06:09

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ...

30 Aprel 2017 05:33

Sidneydə taunhaus - FOTO

30 Aprel 2017 05:32

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07