Neftçilərə veriləcək kompensasiya açıqlandı

Neftçilərə veriləcək kompensasiya açıqlandı
12:46 8 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində xəsarət alan və itkin düşən neftçilərin ailələrinə veriləcək kompensasiyanın məbləği açıqlanıb. Bu barədə məlumatı əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib .

Nazir qedye dib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əmək haqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək. Amma bu rəqəm neftçinin əmək haqqı, stajı, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər.

Xəsarət alan neftçilərə isə əlillik dərəcəsi təyin olunacaq.

Dekabrın 4-də Xəzərdə“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciə zamanı itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb. Ümumilikdə 7 nəfər ölüb. 23 nəfər itkin düşmüş hesab edilir, 33 nəfəri isə xilas etmək mümkün olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR