Azərbaycan Biznes Keys müsabiqəsinin üçqat çempionu – UNEC

Azərbaycan Biznes Keys müsabiqəsinin üçqat çempionu – UNEC
12:48 8 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası Azərbaycan Biznes Keys (ABCC) müsabiqəsinin qalibi olub. Trend-in məlumatına görə, bununla da UNEC komandası müsabiqənin 3 qat çempionu statusunu rəsmiləşdirib.

ADA Universitetində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilən Azərbaycan Biznes Keys (ABCC) müsabiqəsinin ideyası, layihə çərçivəsində müsabiqəyə qoşulan III-IV kurs tələbələrinin və magistrantların iqtisad-yönümlü sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətlərdə praktiki bacarıqlara yiyələnməkdə maraqlı olan gənclərə dəstək vermək və onların ölkənin biznes mühitinə cəlb olunmasında vasitəçi olmaq kimi məqsədləri özündə birləşdirir.

Layihə çərçivəsində işçi qrupu müsabiqəyə hazırlıq məqsədilə yeddi həftəlik biznes-yönümlü müxtəlif nəzəri və praktiki sahələr ilə bağlı təlimlər veriblər. Layihənin bütün təlimlərində uğurla iştirak edən tələbə və magistrantlar müsabiqənin hazırlıq mərhələsinə keçiblər. Əsas mərhələ hesab olunan müsabiqədə hər biri dörd nəfərdən ibarət olan on beş komanda üçün hər həftə Harvard Universitetinin biznes keysləri təqdim olunmaqla, müzakirə və təqdimatlar əsasında praktiki bilik və bacarıqların mənimsənilməsi üçün şərait yaradılıb.

Final mərhələsinə üç komanda - UNEC, ADA və Qafqaz Universitetləri yüksəlib. Münsiflər heyəti ən yaxşı komandanı müəyyənləşdirib. Yekun nəticəyə əsasən, UNEC komandası bütün rəqiblərini üstələyərək, birinci yerə layiq görülüb. Komandanın üzvləri Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Müzəffər Abbasov, Savalan Süleymanov, Leyla Səfərli və Aida Həsənovadır. Qalib komandaya öz kiçik bizneslərini təməlini qurmaqları üçün 6 min manat məbləğində pul mükafatı təqdim edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR