Yağış, güclü şimal-qərb küləyi... - PROQNOZ

Yağış, güclü şimal-qərb küləyi... - PROQNOZ
12:49 8 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir yağış yağacağı, axşama  doğru tədricən kəsiləcəyi gözlənilir.

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 7 -9 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarda yağıntılı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu Aran rayonlarında gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Dekabrın 9-10-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 9-da güclü xəzri küləyinin ayın 10-da gündüz arabir güclənəcək giləvar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR