Murad Arif şəxsi həyatını gizlətməsindən danışdı - fotolar

Murad Arif şəxsi həyatını gizlətməsindən danışdı -  fotolar
12:56 8 Dekabr 2015
78 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Murad Arif bundan sonra heç bir həmkarına mahnı satmayacaq.

Axşam.az-a açıqlama verən ifaçı qazancından bəhs edib:

“Mənim əsas gəlirim heç vaxt bəstəkarlığım olmayıb. Bəstələrimi ucuz satmırdım, hədiyyə də etmirdim. Mənim gəlirim aparıcılıqdan və oxumaqdandır. Əsas biznesim elə musiqimdir. Bu yaxınlarda Natavan Həbibiyə və Xəyyam Nisanova mahnı vermişəm. Onlar hazır olandan sonra bu işə son qoyacam. Artıq bəstələrimi heç kimə verməyəcəm. İldə 4-5 mahnı ərsəyə gətirirəm, onları da özüm oxuyacam. Əgər görsəm ki, gəlirim azalıb, yenidən mahnılar yazıb satacam”.

Şəxsi həyatı ilə gündəmə gəlməyi sevmədiyini deyən M.Arif Yeni ili ailəsi ilə Avropada qarşılayacaq:

“Yeni ildə heç bir iş qəbul etməmişəm. Ailəmlə birlikdə Avropaya gedib, bayramı orada keçirəcəm. İnsanlar həmişə sosial şəbəkədə yazırlar ki, “Murad Arifin xanımını heç yerdə görmürük" Tədbirlərə hər zaman bacımla gedirəm. Əsas odur ki, bazarlığa, qonaqlığa, gəzməyə gedəndə xanımım yanımda olur, qonşular bizi bir yerdə görür. Təqdimatlarda onunla görünmək nəyə lazımdır ki? İş işdir, şəxsi həyat isə özəldir”.

Foto: Ramin ASLANOV




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR