Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycan Beynəlxalq Bankı "İnter" klubuna sponsorluğun gələcəyi ilə bağlı açıqlama verib

​Azərbaycan Beynəlxalq Bankı "İnter" klubuna sponsorluğun gələcəyi ilə bağlı açıqlama verib

Date: 8 December 2015 12:57

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı baş sponsoru olduğu "İnter" klubu ilə müqavilə müddətini artırıb. "Report" xəbər verir ki, bu barədə bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli məlumat verib.
Bank rəsmisi müqavilə müddətinin dəqiq vaxtını açıqlanmasa da, bildirib ki, 2016-cı ildə də sponsorluq davam etdiriləcək: "Azərbaycan Beynəlxalq Bankı “İnter” futbol klubuna əvvəllər də dəstək verib, bu dəstəyi indi də davam etdirir və 2016-cı ildə də davam etdirəcək".
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 2004-cü ildən "İnter"ə sponsorluq edir.

Tags:  Azərbaycan Beynəlxalq Bankı İnter klubuna sponsorluğun gələcəyi bağlı açıqlama verib


RƏYLƏR


Top news