Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İcra haqqında" Qanun dəyişdirildi

"İcra haqqında" Qanun dəyişdirildi

Date: 8 December 2015 12:57

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1385-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:  

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1385-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

X X X

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7 maddə 591; 2011, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494) 84-1.1-ci maddəsində "Məhkəmə qərarları" sözlərindən sonra ", əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları" sözləri əlavə edilsin.

Milli.Az


Tags:  İcra haqqında Qanun dəyişdirildi


RƏYLƏR


Top news