Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nardaranda yenə silah-sursat tapıldı

Nardaranda yenə silah-sursat tapıldı

Date: 8 December 2015 13:01

Nardaran yenidən gündəmə gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəsəbədə yenidən silah sursat aşkarlanıb.

Məlumata görə, polis əməkdaşları tərəfindən 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd “Vinçester” markalı tüfəng və 13 ədəd patron tapılıb.
Silah sursat Sabunçu rayonunun Nardaran qəsəbəsində məişət tullantıları yığılmış yerdən aşkar edilib.

Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis sercantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.



Nardarandakı əməliyyatdan görüntülər

Dekabrın 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Müəyyən edilmiş yerlərdə postlar qoyulub.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov Kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb.

Bu hadisədən sonra qəsəbədə bir neçə dəfə silah-sursat aşkarlanıb.

Tags:  Nardaranda yenə silah-sursat tapıldı

RƏYLƏR


Top news