"Qəbələ" və "Krasnodar" klublarının baş məşqçiləri media qarşısına çıxacaq

"Qəbələ" və "Krasnodar" klublarının baş məşqçiləri media qarşısına çıxacaq
13:03 8 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 10-da UEFA Avropa Liqasının qrup mərhələsinin son VI turunun oyununda “Qəbələ” Rusiyanın "Krasnodar" komandasını qəbul edəcək.
“Bakcell Arena”da baş tutacaq “Qəbələ” - "Krasnodar" matçı öncəsi baş məşqçilərin mətbuat konfransı dekabrın 9-da saat 18:30-da arenanın Media zalında olacaq. İlk olaraq jurnalistlərin qarşısına “Krasnodar”ın baş məşqçisi Oleq Kononov çıxacaq. 19:45-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.
Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 20:30-da, Rusiya təmsilçisi isə 19:00-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotQebele_quot_ve__quotKrasnodar_quot_klublarinin_bas_mesqchileri_media_qarsisina_chixacaq-909252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR