40 gün öncə Zərifə nənəsini itirən Azəri Günel bu itkiyə hələ də fəryad edir.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün sənətçinin nənəsinin 40 mərasimi keçirilir. Günel gözünün evdə hələ də nənəsini axtardığını bildirib:
"40 gün ötdü, keçdi. Səni çox sevirəm, mənim gözəl nənəm. Səndən ötrü çox darıxırıq, gözümüz səni axtarır. Səsin gəlir qulağımıza. Amma sən yoxsan, dünya fani. Allah dayanma gücü verir bizə. Biz nəvələrin necə çox istəyirmişik səni. Sağlığında deyirdin ki, "çox istəmirsiz məni, öləndə qədrimi biləssiniz". Əsla səni unutmarıq, ürəyimizdəsən. İndi görürsən, səni necə sevirik. Gözlərim yaşarır. Sənə ancaq dua oxudaraq sənə kömək oluram. Allah məkanını cənnət eləsin".
Milli.Az