Sumqayıtda quruculuq-abadlıq işləri geniş vüsət alıb

Sumqayıtda quruculuq-abadlıq işləri geniş vüsət alıb
13:13 8 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 8 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda, quruculuq-abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində irihəcmli infrastruktur layihələri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhəri də yeni inkişaf mərhələsini yaşayır. Son 3 ayda Sumqayıtda quruculuq-abadlıq işləri geniş vüsət alıb. Şəhərin ümumi görkəminə xələl gətirən fərdi yaşayış evlərinin fasadı aqlay daşla üzlənir. Bu işlər Heydər Əliyev prospekti və Azərbaycan küçələrində zövqlə, peşəkarlıqla yerinə yetirilir. Prospekt və küçələr boyu şəhərdə 3 mərtəbəli 18 binada hazırda üzlənmə işləri sürətlə davam edir. Artıq bu istiqamətdə xeyli iş görülüb, mərkəzi küçələrdə yerləşən yaşayış evlərinin, binaların fasadlarının, dam örtüklərinin təmiri yekunlaşmaq üzrədir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_quruculuq_abadliq_isleri_genis_vuset_alib-909258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR