Dünyasını dəyişən bacısı üçün Ebru Gündeşi seçdi - video

Dünyasını dəyişən bacısı üçün Ebru Gündeşi seçdi - video
13:16 8 Dekabr 2015
201 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin bir neçə gün əvvəlki buraxılışında kövrək anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, yarışmaçı Özlem Çelik ifasyla münsifləri heyran etdikdən sonra həyat hekayəsini danışıb:

"Bura bir neçə dəfə bacımla qatılmışdım. Bacım Ebru Gündeşin heyranı idi. Keçən il vəfat etdi. Hər zaman deyirdi ki, ora getsəm, mənə dönərlərmi? Hər zaman Ebru Gündeşlə duet oxumaq istəyirdi. Ona görə bura qatılmağım artıq onun vəsiyyəti kimidir mənim üçün".

Ardından onun xahişi ilə Ebru "Gönlümün efendisi" mahnısını oxuyub. Özlem sonda elə Ebrunu seçərək yarışmaya davam edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR