Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azər İşıq" və "Azərsu"nun işçiləri öldü

"Azər İşıq" və "Azərsu"nun işçiləri öldü

Date: 8 December 2015 13:16

"Azər İşıq" və "Azərsu"nun işçiləri bədbəxt hadisənin qurbanı olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hər iki hadisə dekabrın 7-də qeydə alınıb.

Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, orada ölüb.

İkinci hadisə isə Abşeronda baş verib. Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb. O, hadisə yerindəcə keçinib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Tags:  Azər İşıq Azərsunun işçiləri öldü

RƏYLƏR


Top news