Həlak olan neftçilər dəfn olunub

13:18 8 Dekabr 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu bu gün dəfn olunublar. Trend RTV-ə istinadən məlumat verir ki, 31 yaşlı S.Mayılov Qubanın Alpan, 47 yaşlı A.Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı ətraf kəndlərin sakinləri iştirak ediblər.

Mərhum A.Mahmudovun 14 və 17 yaşlarında iki oğul övlad atası olub. O, 15 ildən çox idi ki, neftçi kimi çalışırdı. Neftçi S.Mayılov isə 2004-cü ildən neftçi kimi fəaliyyət göstərib. Mərhumun 8 və 9 yaşlarında iki övladı var.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR