Vergi borcu olanlar ölkədən gedə bilməyəcək

Vergi borcu olanlar ölkədən gedə bilməyəcək
13:24 8 Dekabr 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, Mülki Prosessual Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

 

1. 233.1-ci maddədə “Məhkəmə” sözü “Bu Məcəllənin 355-7.4-cü maddəsində qeyd olunan hallar istisna olmaqla, məhkəmə” sözləri ilə əvəz edilsin.

 

2. 305.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 305.1.12-ci maddə əlavə edilsin:

 

“305.1.12. vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında.” .

 

3. Aşağıdakı məzmunda 40-2-ci fəsil əlavə edilsin:

 

“Fəsil 40-2. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat

 

Maddə 355-5. Ərizənin verilməsi

 

355-5.1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

 

355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

 

Maddə 355-6. Ərizənin məzmunu

 

Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

 

Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi

 

355-7.1. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.

 

355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.

 

355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

 

355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

 

355-7.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

 

355-7.6. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir.”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan Premyer Liqasında II turun proqramı açıqlanıb

17 Avqust 2017 12:17

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

17 Avqust 2017 12:17

Bu əsərin qiyməti sizi ŞOKA SALACAQ - FOTO

17 Avqust 2017 12:13

Saç tökülməsinin qarşısını alır

17 Avqust 2017 12:08

Yaponiyada hərbi helikopter qəzaya uğrayıb

17 Avqust 2017 12:07

Müqəddəs cizgi: şanlı yolun tarixçəsi

17 Avqust 2017 12:04

Xəstəxanaya silahlı hücum: 7 ölü

17 Avqust 2017 12:03

Talassemiya Mərkəzi ilə bağlı yeni

17 Avqust 2017 11:59

Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək

17 Avqust 2017 11:57

"Neftçi"nin sabiq hücumçusu Malta klubunda

17 Avqust 2017 11:57

Türkmənistanın keçmiş prezidentinin təhlükəsizlik xidmətinin rəisi həbsxananda ölüb

17 Avqust 2017 11:57

II turun oyun proqramı

17 Avqust 2017 11:57

Hakerlərin çılpaq şəkillərini yaydığı MƏŞHURLAR

17 Avqust 2017 11:53

MTRŞ sədri narazı olduğu televiziya verilişlərinin adlarını açıqlayıb

17 Avqust 2017 11:52

Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

17 Avqust 2017 11:52

Bu da Nuranın “İphone 7” ilə çəkilən klipi – VİDEO

17 Avqust 2017 11:48

BFB-nin cari dövriyyəsi ötən ilin məcmu dövriyyəsini üstələyib

17 Avqust 2017 11:47

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb

17 Avqust 2017 11:47

Əfran üçün…

17 Avqust 2017 11:47

"Bu qrupların Azərbaycanda dayaq tapması mümkünsüzdür"

17 Avqust 2017 11:44

Niderlandda radiostansiyaya hücum: girovlar var - FOTO

17 Avqust 2017 11:43

Tanınmış amerikalı basketbolçu vəfat edib

17 Avqust 2017 11:42

Taksilərdə radikal dini təbliğat gedir

17 Avqust 2017 11:39

“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib

17 Avqust 2017 11:35

SENSASİYA: Ateist alimdən Allahın varlığı ilə bağlı İNANILMAZ ETİRAF

17 Avqust 2017 11:33

KİV: Hollandiyada yerli radiostansiya binasında insanlar girov götürülüblər

17 Avqust 2017 11:32

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ!

17 Avqust 2017 11:30

Dünyanın lideri dəyişir: Ağ Ev 25 illik müharibənin nəticəsini AÇIQLADI

17 Avqust 2017 11:28

DƏHŞƏT: Bu ölkədə hər 4 saatdan bir 1 nəfər edam olunur

17 Avqust 2017 11:26

“Kopenhagen”in futbolçusu əməliyyat olundu

17 Avqust 2017 11:24

Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu Fəvvarələr meydanında konsert verəcəklər

17 Avqust 2017 11:22

Azərbaycan gömrükçüləri 39 ədəd mobil telefon müsadirə edib

17 Avqust 2017 11:22

Bakıda bacı və qardaşı öldürən şəxsin məhkəməsi başlayıb

17 Avqust 2017 11:22

Bakıda həbsxanada dava: məhkumlar bir-birini döydü

17 Avqust 2017 11:19

Komaya düşən Elçin Əlibəyli əməliyyatdan sonra: “Heç nədən xəbərim olmayıb”

17 Avqust 2017 11:18

Rusiyada azərbaycanlı qısqanclıq zəminində ermənini ölümcül döyüb

17 Avqust 2017 11:17

Yunanıstanda meşə yanğını

17 Avqust 2017 11:14

“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib

17 Avqust 2017 11:07

ABŞ-da Linkolnın heykəlinə HÜCUM - FOTO

17 Avqust 2017 11:03

"WhatsApp"dan elə bir funksiya gəlir ki...

17 Avqust 2017 11:03

"Nardaran işi" üzrə təqsirləndirilən sonuncu şəxslərin məhkəməsi təxirə salınıb

17 Avqust 2017 11:02

Vidadi Zeynalov apellyasiya şikayəti verib

17 Avqust 2017 11:02

Magistrların qeydiyyatı bu gündən başlayır

17 Avqust 2017 10:59

Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər

17 Avqust 2017 10:57

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı davam edir

17 Avqust 2017 10:57

"Qəbələ" "Qalatasaray"la oynayacaq - TARİX

17 Avqust 2017 10:54

DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimini başqalarına həvalə etməyin

17 Avqust 2017 10:53

Yemiş tumunun İNANILMAZ FAYDALARI

17 Avqust 2017 10:48

Xəzər iki gənci uddu: birinin 19 yaşı var...

17 Avqust 2017 10:44

Leysan yağışlar İstanbulu bu hala saldı

17 Avqust 2017 10:44