Bakıya yağış, rayonlara qar yağacaq

Bakıya yağış, rayonlara qar yağacaq
13:26 8 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Sabahdan ölkə ərazisində hava şəraiti dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 09-10-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 09-da güclü xəzri küləyinin 10-da gündüz arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Bakıda və Abşeron yarımadasında dekabrın 9-da arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

hava şəraitinin dəyiişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və yağış yağacağı gözlənilir.
Dekabrın 10-u gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəratinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR