Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmə əmrlərinə əməl etməyənlərin ölkədən getmə hüququ məhdudlaşdırılıb

Məhkəmə əmrlərinə əməl etməyənlərin ölkədən getmə hüququ məhdudlaşdırılıb

Date: 8 December 2015 13:27

Bakı. 8 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, qanunu “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” maddəsinə əlavə edilib.
Belə ki, bundan sonra məhkəmə qərarları ilə yanaşı, məhkəmə əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Tags:  Məhkəmə əmrlərinə əməl etməyənlərin ölkədən getmə hüququ məhdudlaşdırılıb

RƏYLƏR


Top news