"Azərişığ"ın əməkdaşı iş başında ölüb

"Azərişığ"ın əməkdaşı iş başında ölüb
13:27 8 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə  üstünə transformator aşan "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı  dünyasını dəyişib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 9 saylı binanın yaxınlığında, ərazidə olan köhnə transformator yenisi ilə əvəz olunarkən baş verib.  Kran vasitəsi ilə qaldırılan yeni transformator yerinə qoyularkən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Elektrik Satışı İdarəsinin əməkdaşının üstünə aşıb.  Aydın Məmmədov 7-a ünvanında yaşayan, 1950-ci il təvəllüdlü İstiqat Qaçay oğlu Yusifov hadisə yerində dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/388600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR