"AzerSky" peykinin resurslarından iriqmiqyaslı fövqəladə halların qiymətləndirilməsi üçün istifadə edilə bilər

13:28 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Dekabrın 4-də əlverişsiz hava şəraiti ilə əlaqədar "AzerSky" aşağı orbitli peyk "Günəşli" dəniz neft platformasının çəkilişlərini edə bilməyib. Bunu Trend-ə "Azərkosmos" ASC-dən deyiblər.

ASC-dən qeyd ediblər ki, xilasetmə əməliyyatına cəlb edilmiş helikopterlər və gəmilərin köməkliyi ilə daha dəqiq çəkilişlər etmək mümkündür. Buna görə də peykdən bu məqsədlər üçün istifadə edilməsinə zərurət yoxdur.

ASC-dən bildiriblər ki, peykin resurslarından iriqmiqyaslı fövqəladə halların qiymətləndirilməsi və aradan qaldırılması üçün istifadə edilə bilər: "Bura zəlzələ, daşqın, neftlə çirklənməni aid etmək olar".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2466773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR