Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həlak olan neftçilər dəfn olundular - FOTO

Həlak olan neftçilər dəfn olundular - FOTO

Date: 8 December 2015 13:32

RTV (Region TV) xəbər verir ki, "Günəşli" yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və  Mahmudov Ağa İzzət oğlu  dekabrın 8-də dəfn olunublar.

31 yaşlı Samir Mayılov Qubanın Alpan, 47 yaşlı Ağa Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbristanlığında torpağa tapşırılıblar.

Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı, eləcə də ətraf kəndlərin sakinləri iştirak ediblər.

Mərhum Ağa Mahmudovun 14 və 17 yaşlarında iki oğul övladı var.  O, 15 ildən çox idi ki, neftçi kimi çalışırdı. Neftçi Samir Mayılov isə 2004-cü ildən bu peşə üzrə fəaliyyət göstərib. O da 8 və 9 yaşlarında olan iki övlad atası idi.

Milli.Az








Tags:  Həlak olan neftçilər dəfn olundular FOTO


RƏYLƏR


Top news