Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Parlaq Zəka"da Azərbaycan etnosları

"Parlaq Zəka"da Azərbaycan etnosları

Date: 8 December 2015 13:43

Bakı. Trend:

Dekabrın 6-da "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların “Azərbaycan etnosları” mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Umat Sultanlı, sarı yolda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Ülvi Şamilov, yaşıl yolda isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Toğrul Qurbanov mübarizə aparıb. Bu mübarizənin qalibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Ülvi Şamilov olub.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran kart təqdim olunur. İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

Trend.az, Day.az və Milli.az layihənin informasiya dəstəyidir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Parlaq Zəkada Azərbaycan etnosları

RƏYLƏR


Top news