Rusiyanın 17 regionu Türkiyədən yeni işçi qüvvəsi cəlb etmək üçün icazə istəyir

Rusiyanın 17 regionu Türkiyədən yeni işçi qüvvəsi cəlb etmək üçün icazə istəyir
13:43 8 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 8 dekabr, AZƏRTAC.
Rusiyanın 17 regionu bu ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət edərək 2016-cı ildə Türkiyədən yeni mütəxəssislər dəvət olunmasına icazə verilməsini xahiş edib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bunu nazir Maksim Topilin bildirib.
Nazirin sözlərinə görə, hazırda ƏƏSMN-ə Rusiyanın 54 regionundan Türkiyə mütəxəssislərinin Rusiyada işləməsinə icazə verilməsi üçün müraciət daxil olub. Müraciətlərin 17-də yeni işçi qüvvəsinin dəvət edilməsindən söhbət gedir. M.Topilin qeyd edib ki, Türkiyədən işçi qüvvəsi cəlb etmək istəyən işəgötürənlər həmin regionun administrasiyasının razılığını almalıdırlar.
Bundan əvvəl M.Topilin bildirib ki, Türkiyədən işçi qüvvəsinin cəlb olunmasına qadağa RF hökumətinin təsdiq edəcəyi siyahıya daxil olacaq işəgötürənlərə, eləcə də 2015-ci il dekabrın 31-dən Rusiya ərazisində leqal çalışan türk miqrantlara aid olmayacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edilməsi haqqında fərmanına əsasən, 2016-cı il yanvarın 1-dən müəyyən əmək sahələrinə Türkiyə vətəndaşlarının işə götürülməsi qadağandır.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyanin_17_regionu_Turkiyeden_yeni_ischi_quvvesi_celb_etmek_uchun_icaze_isteyir-909276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR