Türkiyəli aktyor Cem Yılmazın “Ali baba və 7 cücələr” filminin Bakıda qala gecəsi keçiriləcək.
Axşam.az-ın məlumatına görə, gecə dekabrın 17-də Nizami Kino Mərkəzində baş tutacaq.
Mərkəzin mətbuat xidmətindən aldığımız məlumata görə, tədbirdə Cem Yılmazın iştirakı da gözlənilir.
Qeyd edək ki, ekran işində müğənni İradə İbrahimovanın “Neyləyək” mahnısı səsləndirilib.
Filmdə Çetin Altay, Zafer Algöz kimi aktyorlar da rol alıb.