Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya İrəvana hərbi helikopterlər göndərdi

Date: 8 December 2015 13:51

Rusiya Ermənistanda yerləşən hərbi bazasını gücləndirir.

ANS PRESS-in məlumatına görə, Ermənistanın paytaxtı İrəvanda yerləşən Erebuni hərbi bazasına 7 ədəd müasir Mi 24P hücum və Mi-8 MT nəqliyyat helikopteri göndərilib.

Helikopterləri bazada yerləşən MiQ-29 qırıcılarının xüsusi dayanacağında yerləşdiriblər. Yaxın bir ay ərzində helikopterlərə baxış keçiriləcək və pilotlar sınaq uçuşları həyata keçirməyə başlayacaqlar.


Mi 24P hücum helikopteri


Mi-8 MT nəqliyyat helikopteri


Bundan əlavə ilin sonuna qədər bazaya helikopterlərin növbəti partiyasının gətiriləcəyi bildirilir.

Rusiya Cənub hərbi darəsinə aid hərbi baza Erebunidə 1995-ci ildə formalaşdırılıb. 1998-ci ildə bazaya Rusiyadan MiQ- 29 qırıcıları dislokasiya edilib. 2001-ci ildə Erebunidə yerləşən hərbi hissələrdən aviasiya bazası formalaşdırılıb ki, bu bazada Gümrüdə yerləşən hərbi bazanın hava komponetninə çevrilib.


MiQ- 29 qırıcıları Erebuni hərbi bazasında



Erebuni hərbi bazası xəritədə

Tags:  Rusiya İrəvana hərbi helikopterlər göndərdi


RƏYLƏR


Top news