“Günəşli” yatağındakı baş verən qəzada həlak olanlardan biri Bakıxanovdakı qəbiristanlıqda dəfn olunub

13:52 8 Dekabr 2015
85 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, dəfindən əvvəl mərhumun cənasəzi yaşadığı evə gətirilib. Sonra cənazə evdən götürülərək Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki qəbiristanlığa gətirilib. F.Quliyev orada dəfn edilib.
Dəfndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmiləri, icra hakimiyyətinin təmsilçiləri, ictimaiyəyt nümayəndələri  rəsmilər iştirak ediblər.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 neftçinin cəsədi ailəsinə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-yatagindaki-bas-veren-qezada-helak-olanlardan-biri-bakixanovdaki-qebiristanliqda-defn-olun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR