Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Həlak olan neftçilər dəfn olunub - fotolar

Həlak olan neftçilər dəfn olunub - fotolar

Date: 8 December 2015 13:56

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu bu gün dəfn olunublar. 

Axşam.az RTV-ə istinadən məlumat verir ki, 31 yaşlı S.Mayılov Qubanın Alpan, 47 yaşlı A.Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimlərində SOCAR-ın, rayon icra strukturlarının nümayəndələri, neftçilərin yaşadığı ətraf kəndlərin sakinləri iştirak ediblər.

Mərhum A.Mahmudovun 14 və 17 yaşlarında iki oğul övlad atası olub. O, 15 ildən çox idi ki, neftçi kimi çalışırdı. Neftçi S.Mayılov isə 2004-cü ildən neftçi kimi fəaliyyət göstərib. Mərhumun 8 və 9 yaşlarında iki övladı var.







Tags:  Həlak olan neftçilər dəfn olunub fotolar

RƏYLƏR


Top news