Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Samir Abbasov qapıçını cəzalandırdı

Samir Abbasov qapıçını cəzalandırdı

Date: 8 December 2015 13:57

Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sumqayıt" - "Kəpəz" qarşılaşması 2 - 2 hesabı ilə yekunlaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov komandanın qapıçısı Tərlan Əhmədlini cəzalandıracağını bildirib. Gənc mütəxəssis bunun səbəbini belə izah edib: "Tərlan oyun zamanı vaxtı uzadırdı. Bir neçə dəfə oyunun gedişatında bildirdim ki, olmaz. Futbolçularıma hər zaman tapşırıram ki, belə oynamaq olmaz. Belə şeylər bizim komandaya yaraşmır. Artıq onu cəzalandırmışam".

Milli.Az


Tags:  Samir Abbasov qapıçını cəzalandırdı

RƏYLƏR


Top news