Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hindistanda qatarın avtomobillə toqquşması 13 nəfərin ölümünə səbəb olub

Hindistanda qatarın avtomobillə toqquşması 13 nəfərin ölümünə səbəb olub

Date: 8 December 2015 13:58


Bakı, 8 dekabr, AZƏRTAC
Hindistanda qatar avtomobillə toqquşub. Hadisə nəticəsində avtomobildəki 13 sərnişinin hamısı həlak olub. Ölənlər arasında azyaşlı beş uşağın da olduğu bildirilir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insident dekabrın 7-də axşam saatlarında ölkənin şərqində yerləşən Carkxand ştatında baş verib. Şahidlərin sözlərinə görə, avtomobilin təkərlərindən biri dəmir yolunda ilişib. Avtomobildən çıxmağa imkan tapmayan sərnişinlər qatarın altında qalıblar.
Hüquq mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır.

Tags:  Hindistanda qatarın avtomobillə toqquşması 13 nəfərin ölümünə səbəb olub


RƏYLƏR


Top news