“Bu mahnı Almazla Röyanı düşmən edib” - video

“Bu mahnı Almazla Röyanı düşmən edib” -  video
14:01 8 Dekabr 2015
126 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Almaz Ələsgərli ilə müğənni Röya Ayxan arasında mahnı qalmaqalı yaşandığı ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda bəstəkar Nailə Mirməmmədli “Stop” layihəsində açıqlama verib.
 
O, “Sizin bir mahnınız Almaz xanımla Röyanı düşmən edib” sualına belə cavab verib:

“Ola bilməz ki, mən bir mahnını iki ifaçıya verim. Ancaq bir mahnını müğənni yaxşı oxumasa, onunla danışıb başqasına verərəm. Aramızda razılıq mütləq olmalıdır. “Bilərsənmi” mahnısının söz yazarı bir şairə idi. Bəstəni ilk olaraq Almaza vermişdim. Sonra Almaz xanımla onun arasında qalmaqal yaşandı. Bəstənin sponsoru da xanım özü idi. Mahnını Almazdan geri aldı. Mənə də dedi ki, kimə istəsən ver. Mən də Röyaya verdim, oxudu və gözəl də alındı. Hazırda isə Röya ilə Almaz küsülü deyil”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR