500 manatlıq təhqir

500 manatlıq təhqir
14:05 8 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Kubokunun 1/8 mərhələsinin, həmçinin Topaz Premyer Liqasının XV turunun qarşılaşmalarında baş verənlər müzakirə olunub.
 
Kubokun "Xəzər Lənkəran" - "Kəpəz" görüşündə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Zirə" ilə matçın 60-cı dəqiqəsində AZAL-ın futbolçusu Emin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. O, paytaxt təmsilçisini 2000 manat ziyana salıb.
 
"Rəvan"la qarşılaşma başa çatdıqdan sonra "Bakı" klubunun  rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb. "Zolaqlılar" 500 manat cərimələniblər. "Mil-Muğan"la görüşün 68-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq kənarlaşdırılıb. Qəbələnin eyniadlı təmsilçisi futbolçusu üçün 200 manat cərimə ödəyəcək.
 
Topaz Premyer Liqasının XV turunun "Neftçi" - "Zirə" matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 1000 manat ziyana düşüb. "Sumqayıt" - "Kəpəz" oyununda hər iki klubun 4 üzvü sarı vərəqə ilə cəzalandırıldığı üçün komandalar hərəyə 1000 manat ödəməli olacaq.
 
Qarşılaşma başa çatdıqdan sonra "Sumqayıt"ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. AZAL-la görüşdə 4 futbolçusu sarı vərəqəyə layiq görülən "Rəvan" da 1000 manat cərimələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR